Azərbaycanlı tennisçi Elina Həsənova Yan Homer adına Tbilisi turnirində iki dövrəni geridə qoyub.
Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, əvvəlcə o, gürcü Nino Mebukeni 6:2 və 6:3 hesabı ilə məğlub edib. Daha sonra üç setdə rusiyalı Tatyana Kotelnikova üzərində 3:6, 6:3, 6:3 hesablı qələbə qazanıb.
Azərbaycanlı tennisçi artıq 1/8 finaldadır.
Turnir "Qruzinskiy tennis" şirkətinin inşa etdiyi və bütün beynəlxalq tələblərə cavab verən, 11 kort və mehmanxanadan ibarət yeni tennis kompleksində keçirilir.