...

İmamzadə türbəsində təmir-bərpa işləri aparılacaq

Cəmiyyət Materials 21 Sentyabr 2006 15:10 (UTC +04:00)

Gələn il İmamzadə türbəsinin bərpası işlərinə başlanılacaq. Bu barədə məlumatı Trend ə Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mina Məlikolva verib.

Onun sözlərinə görə, VIII əsr abidəsi olan İmamzadə türbəsində təmir-bərpa işlərinin aparılması üçün smeta-layihə sənədləri hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Artıq öz təsdiqini tapmış layihə üzərində aparılan iş vəsaitin bölünməsi mərhələsindədir.

Qeyd edək ki, müsəlmanların müqəddəs ziyarətgahı sayılan və İmam Hüseynin adı ilə bağlı olan İmamzadə türbəsi sonuncü dəfə 1993-cü ildə bərpa edilib. Hazırda türbənin bərpasına ehtiyac var.

M.Məlikova qeyd edib ki, türbənin təmir-bərpa işləri üçün nazirlik tərəfindən Mədəniyyət İdarəsinə müəyyən göstərişlər də verilib. Bərpa işlərində ləngimələr olmazsa, işlər 2007-ci ilin ikinci rübünədək sona çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti