...

Azərbaycan Ədliyyə Nazirliyinin müalicə müəssisəsində ölüm faktı baş verib

Cəmiyyət Materials 27 Sentyabr 2006 12:41 (UTC +04:00)

Azərbaycan Ədliyyə Nazirliyinin müalicə müəssisəsində ölüm faktı baş verib. Bu barədə Trend ə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən məlumat verilib.

Müalicə müəssisəsində müalicə olunan məhkumlardan biri Adil Yunis oğlu Əsgərov dünyasını dəyişib. Ömürlük həsbə məhkum edilmiş və Qobustan Qapalı Həbsxanasında cəza çəkən Adil Əsgərovun səhhətində problemlər olub. Belə ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bir neçə gün əvvəl vəziyyəti ağırlaşdığı üçün onu müalicə müəssisəsinə köçürüblərmiş.

Məhkumun dünyasını dəyişməsinə səbəb xəstəliyi olub.

Xəbər lenti

Xəbər lenti