...

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Osakada "Azərbaycan mədəniyyəti" adlı seminar keçirib

Cəmiyyət Materials 2 Oktyabr 2006 13:05 (UTC +04:00)
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Osakada "Azərbaycan mədəniyyəti" adlı seminar keçirib

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC) "Qafqaz-Xəzər Salonu" adlı Azərbaycanı Yaponiyada təbligat-tanıtma silsilə proqramının sayca üçüncü seminarını keçirib. Bu barədə Trend ə Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətindən (AYDC) məlumat verilib.

Osaka şəhərində "Azərbaycan Mədəniyyəti" başlığı ilə keçirilən seminarla bağlı yapon qəzetlərində, AYDC-nin veb saytında yapon və ingilis dillərində elanlar dərc olunmuş, Yaponiyada fəaliyyət göstərən beynəlxalq mərkəzlərin, ictimai təskilatların qarşısında, universitetlərdə plakatlar asılmışdı. Seminarın təşkilatçısı, AYDC-nin sədri Osaka Universitetində gənc tədqiqatçı alim və "Qafqaz-Xəzər Salonu" layihəsinin müəllifi Rəhman Şahhüseynli idi. Qeyd edək ki, layihə bu ilin aprel ayında Yaponiyada xeyli sayda QHT-lərin istirak etdiyi qrant musabiqəsinin qalibi olub.

Hazırda alınan qrant vəsaiti ilə və eləcə də AYDC-nin daxili imkanları hesabına Azərbaydcanı Yaponiyada geniş şəkildə təblig edən seminarlar həyata kecirilir və tədbirlər təşkil olunur.

Budəfəki seminarda mühazirəçilər Yaponiyada təhsil alan

Azərbaycanlı tələbələr, Niigata Universiteti doktorantı Xaqani Məlikov və Kobe Universitetinin magistri Günay Məmmədova idi. Hər iki mühazirəçi 1 saata yaxın çıxış edərək Azərbaycan mədəniyyətinin müxtəlif aspektlərini Yapon mədəniyyəti ilə müqayisəli şəkildə

iştirakçılara çatdırıblar. Yapon iştirakçılarda Azərbaycan mədəniyyəti haqqında dərin təsəvvürlər yaratmaq məqsədi ilə əyani vəsaitlərdən, eləcə də video və foto materiallardan genis istifadə olunub.

2 saata yaxın davam edən AYDC-nin "Qafqaz-Xəzər Salonu"nun üçüncü mərhələsi sual-cavab sessiyasi ilə davam edib. Sonda R.Şahhüseynli iştirakçıları 25 noyabrda keciriləcək "Azərbaycan

Milli Musiqisi və Rəqsi" tədbirinə qatılmağa dəvət edib.

Xəbər lenti

Xəbər lenti