...

Azərbaycanın Təhsil Nazirliyi 5 abituriyenti ABŞ və Malayziyanın nüfuzlu universitetlərinə göndərəcək

Cəmiyyət Materials 3 Oktyabr 2006 10:45 (UTC +04:00)

Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında 400-dən çox bal toplamış 5 abituriyent təhsil almaq üçün ABŞ və Malayziyanın nüfuzlu ali təhsil müəssisələrinə göndəriləcək. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Abituriyentlər təhsillərini Amerikanın "George Mason" və Malayziyanın Texnologiya Universitetlərində davam etdirəcək. Bu barədə razılaşma Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə həmin universitetlər arasında əldə olunub.

Abituriyentlər TQDK-nın keçirdiyi müsabiqə əsasında seçilib. Xaricdə təhsil zamanı abituriyentlər təqaüdlə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti