...

Hacı Məmmədovun məhkəməsi oktyabrın 9-dək təxirə salınıb

Cəmiyyət Materials 4 Oktyabr 2006 18:44 (UTC +04:00)

Oktybarın 4-də Hacı Məmmədov və onun başılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə iclası qısa olub və hakim məhkəməni oktyabrın 9-dək təxirə salıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclasında dəstə üzvü Rövşən Ağayev ifadə verib. O, ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamları rədd edib. Bildirib ki, 1998-ci ildən Hacı Məmmədovun sürücü işləyib. Dəstə tərəfindən həyata keçirilən cinayətlərdə yalnız sürücü qismində iştirak edib. Törədilən cinayətlərdən xəbərdar olsa da, Hacı Məmmədovdan qorxduğu üçün bu barədə müvafıiq orqalara məlumat verməyib.

Qeyd edək ki, ibtidai istintaq orqanının Rövşən Ağayevə qarşı irəli sürdüyü ittihamlara görə, o, dəstə tərəfindən törədilmiş bütün qətllərdə və adam oğurluqlarında iştirakçı olub.

Xəbər lenti

Xəbər lenti