...

Kanada Parlamentinin binasında İranda yaşayan xalqların insan haqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 6 Oktyabr 2006 12:40 (UTC +04:00)

"Al Ahwaz" Kanada İnsan Haqları Mərkəzinin ( "Ahwazi Canadian Centre for Human Rights" ) təşəbbüsü ilə Kanada Parlamentinin binasında İranda yaşayan xalqların insan haqları və milli haqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib. Bu barədə Trend ə "Ocaq"- Ontario Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib.

Konfransda Kanadada 1988-ci ildən fəaliyyət göstərən Ontario Azərbaycanlılar Cəmiyyəti 5 nəfərlik nümayəndə heyətilə, "Günaz TI" rəhbərliyi 2 nəfər, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təmsilçiləri 4 nəfər, Demokratik Dünya Azərbaycanlıları Konqresi rəhbərliyi 2 nümyəndə, Güney Azərbaycan İstiqlal Partiyası və Azərbaycan İnstitutu 2 təmsilçi ilə iştirak edib. Onlar İranda Azərbaycan millətinin müxtəlif çətinliklərlə üzləşdiyini və onların ümummilli və insan haqlarının uzun zamandır ki, pozulduğunu diqqətə çatdırıblar.

Konfransa Kanadada yaşayan digər azərbaycanlılar, diaspor təşkilatlarının rəhbərləri də qatılıblar.

Konfransı Kanadanın "OMNI TI", "Alahwaz Tv" kanalları lentə alıb. Kanadanın Liberal Partiyasından olan millət vəkili də konfransin ikinci hissəsində çıxış edib. Onun ardınca İnsan Haqları üzrə və Müharibə Canilərinə Qarşı Kanada Beynəlxalq Hüquq Müşavirliyindən olan nümayəndə məruzə edib.

Qeyd edək ki, konfransda, həmçinin, İranda yaşayan digər xalqların və onların təşkilatlarının təmsilçiləri - iki Türkmən təşkilatı, Kürd Partyası, Bəluc Partiyası, Ərəb Partiyası və digər qurumların nümayəndələri iştirak edib.

Sonda qərara alınıb ki, bütün iştirakçılar adından 5 nəfərlik nümayəndə heyəti konfransda səslənən məruzələrin surətini Kanada parlament üzvlərinə təqdim etsin və palament katibliyi vasitəsilə Kanadanın Baş Nazirinə çatdırılması üçün müraciət edilsin.

Xəbər lenti

Xəbər lenti