...

Azərbaycanın boks yığmasının Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək heyəti müəyyən edilib

Cəmiyyət Materials 6 Oktyabr 2006 15:49 (UTC +04:00)

Azərbaycanın boks yığmasının məşqçi qərargahı oktyabrın 16-da Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək heyəti müəyyən edib.

Komandanın məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Ceyhun Əbiyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Tural Məmmədov (54 kq), Ağası Məmmədov, Şahin İmranov (hər ikisi 57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Rahib Bəylərov (75 kq), Zaur Teymurov, Cavid Tağıyev (hər ikisi 81 kq), Elçin Əlizadə (91 kq) və Vüqar Ələkbərov (+91 kq) daxildir. Qəza zamanı aldığı zədələri sağalmış və əvvəlki səviyyəyə qayıdan Afina Olimpiadasının bürünc mükafatçısı A.Məmmədovun heyətdə olması diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, yarışda Çin, Rusiya, ABŞ, Kuba, Qazaxıstan, Tailand və Afrika komandaları da iştirak edir.

Xəbər lenti

Xəbər lenti