Məhəmməd peyğəmbəri təkrar təhqir etmək cəhdi yüz milyonlarla dünya müsəlmanlarının dini hisslərinin bilərəkdən təhqir edilməsinə yönəlmiş mənəvi terror aktıdır. Trend in xəbər verdiyi kimi, bu barədə İslam Konfransı Təşkilatının Gənclər Forumunun bütün müsəlmanların peyğəmbərinin Danimarkada təkrar təhqir edilməsi ilə bağlı verdiyi bəyanatda deyilir.
Bəyanatda deyilir ki, bu yaxınlarda islamın simvol və prinsipləri təhqir edilib. Daha sonra Danimarkanın "Xalq partiyası" Məhəmməd peyğəmbərin ən yaxşı satirik təsvirinin müəyyən edilməsi üzrə müsabiqə keçirib və bununla da müsəlmanlar üçün ən təhqiramiz variantı seçməyə çalışıb. Müsabiqənin yekunları üzrə kasset çıxarılıb. Bu kassetdə aktyor çalmada Məhəmməd rolunu oynayır. Bu kassetdəki fraqmentlər mili televiziya ilə nümayiş etdirilib.
"Bütün bunlar Qərb və İslam ölkələrinin aparıcı siyasətçiləri və ictimai xadimlərinin karikatura qalmaqalının nəticələrindən xilas olmağa çalışdığı zaman baş verib", - deyə sənəddə qeyd olunur. İKT Gənclər Forumu sivilizasiyanın mərkəzində yerləşən və digər dövlətlər üçün tolerantlıq ənənələrinin nümunəsi olmağa iddia edən ölkədə müşahidə olunan bu qanunsuzluqdan təəssüfləndiyini bildirir.