...

Azərbaycanlı şahmatçılar üçün uğurlu gün

Cəmiyyət Materials 12 Oktyabr 2006 11:32 (UTC +04:00)

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov da digər həmyerlimiz Şəhriyar Məmmədyarov kimi şahmat üzrə klublararası Avropa Kubokunun dördüncü turunda qələbə qazanıb.

Trend in xəbər verdiyi kimi, Kazanın "Ladya" klubuna rəhbərlik edən Teymur planetin ən güclü şahmatçılarından biri olan A.Morozeviç üzərində gözəl qələbə qazanıb.

T.Rəcəbovun komandası "Tomsk-400" klubu ilə görüşü heç-heçə ilə başa vuraraq, 4 turdan sonra 7 xal toplayıb və 2-5-ci yerləri bölüşdürür. Ş.Məmmədyarovun komandası isə (Çeboksarın "Elara" klubu) Fransanın "Klişi" klubunu məğlub edərək 8 xalla Kubokda liderlik edir.

Xəbər lenti

Xəbər lenti