...

Oktyabrın 18-də ABŞ-ın Nyu-Yorkda azərbaycanlı şagirdlər üçün "Həftə sonu" məktəbinin açılışı olacaq

Cəmiyyət Materials 13 Oktyabr 2006 17:36 (UTC +04:00)

Oktyabr ayının 18-də ABŞ-ın Nyu-York şəhərində Azərbaycan diasporunun təşəbbüsü ilə azərbaycanlı şagirdlər üçün "Həftə sonu" məktəbi açılacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Nyu-York Assosiasiyasının sədri Əli Nəsibov Komitəyə verdiyi məlumatda bildirib ki, məktəbdə "Ana dili", "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası", "Azərbaycan mədəniyyəti" və musiqi fənləri tədris olunacaq. Şagirdlərin sayının artmasından sonra dərsdənkənar fəaliyyətlərin də proqrama daxil edilməsi nəzərdə tutulur.

Məktəbin açılmasında məqsəd Nyu-Yorkda yaşayan azərbaycanlılar arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan dilinin tədris olunması, azyaşlı soydaşlarımızı ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti haqqında məllumatlandırmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti