...

Hacı Məmmədovun məhkəməsində jurnalistlərə məhdudiyyət qoyuldu

Cəmiyyət Materials 16 Oktyabr 2006 14:20 (UTC +04:00)

Oktyabrın 16-da H Məmmədovun məhkəməsində prokurorlar hakimdən məhkəmə iclasının mətbuatda işıqlandırırlmasına məhdudiyyət qoyulması ilə bağlı vəsatət təqdim ediblər. "Trendin" məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyət müvəkkili H.Məmmədovun və onun başlıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə iclası Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan MƏhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi keçirilir.

Prokurorlar Abdulla Yusifov və Bəşir Cəfərov bu vəsatəti belə əsaslandırdılar ki, məhkəmə iclasını işıqlandıran jurnalistlərin materialı stenoqramm şəklində qəzet səhifəsində dərc etmələri məhkəmənin işinə maneçilik törədir. A. Yusifov: "Jurnalistlər təqsirləndirilən şəxslərin ifadələrini olduğu kimi dərc edirlər. Bu isə iş üzrə şahidlərin məhkəmə ifadələrindən xəbər tutmasına və onların bu başdan istiqamətləndirməsinə şərait yaradır. Yəni şahidlər gələcək ifadələrini təqsirləndirilən şəxslərin hazırda verdikləri ifadələr üzərində qura bilərlər".

Təqsirləndirilən şəxslər və vəkillər prokurorların bu vəsatətini jurnalistlərin fəaliyyətini məhdudlaşdırma və prokurorlar tərəfindən qanuna zidd addım kimi qiymətləndirdilər.

Hakimlər yerində müşavirə keçirərək belə bir qərar qəbul etdilər ki, prokurorların vəsatəti təmin olunsun və jurnalistlər məhkəmə iclasından reportaj hazırlayarkən stenoqrama yer verməsinlər. Əks təqdirdə jurnalist gələcəkdə məhkəmə iclasına buraxılmayacaq.

Xəbər lenti

Xəbər lenti