...

Azərbaycanın boks yığması Qazaxıstanla görüş ərəfəsində heyətdə dəyişikliklər edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2006 15:38 (UTC +04:00)

Azərbaycanın boks yığmasının məşqçi qərargahı Bakıda keçirilən komandalararası Dünya kuboku çərçivəsində Qazaxıstanla görüş ərəfəsində heyətdə dəyişikliklər etmək niyyətindədir.

Rinq sahiblərinin məşqçisinin Trend ə verdiyi xəbərə görə, dəyişikliklər 54 kq-a qədər kateqoriyaya təsir göstərəcək. Bu çəki dərəcəsində Elşad Quliyev amerikalılarla ilk döyüşdə məğlubiyyətə uğrayıb. "Qazaxlarla qarşılaşmada biz məşqlər zamanı yaxşı nəticələr göstərən Tural Məmmədovun potensialını yoxlamaq niyyətindəyik. Ona görə də ən yaxın görüşdə ona şans veriləcək", - deyə M.Eyvazov vurğulayıb.

Xatırladaq ki, debüt qarşılaşmalarında Azərbaycan komandası amerikalılara 9:2 hesabı ilə qalib gəlib, Qazaxıstan isə həmin nəticə ilə qrupun favoritləri hesab olunan kubalılara məğlub olub.

Xəbər lenti

Xəbər lenti