...

Hacı Məmmədovun məhkəməsində günün ikinci yarısı 3 müttəhim dindirilib

Cəmiyyət Materials 19 Oktyabr 2006 19:51 (UTC +04:00)

Oktyabrın 19-da Hacı Məmmədovun məhkəməsində günün ikinci yarısı 3 müttəhim dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşları Nişat İsmayılov və Elşən Mirzəyev eyni epizodlar üzrə ittiham olunurlar. Hər iki şəxs mənzillərə basqınlarda təqsirli bilinir. Digər müttəhim Faiq Quliyev isə mənzilə basqınla yanaşı Elşən Mirzəyev soyadlı şəxsin oğurlanmasında da təqsirləndirilir. Nişat İsmayılov və Elşən Mirzəyev ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Faiq Quliyev isə bu ittihamlar üzrə özünü qismən təqsirli bilib.

Faiq Quliyev özünü yalnız xalq artisti Afaq Məlikovanın evinə basqında təqsirli bilib. "Dəstə üzvü Sideki tanımışam və ondan xahiş etmişəm ki, maddi vəziyyətim pisdir, mənə iş tapsın. O isə mənə təklif etdi ki, planlaşdırdıqları bir evə basqında iştirak edim. Mən həmin evdə yaşayanlara özümü fəhlə kimi təqdim etmişəm və qapını açdırmışam, dəstə üzvləri evdə olan yaşlı qadını öldürmək istəyirdilər, lakin mən buna imkan vermədim" - deyə F.Quliyev bildirib.

Məhkəmə iclası oktyabrın 20-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti