...

Eduard Husainov: Azərbaycanlı boksçuların çıxışlarındakı irəliləyişlər göz qabağındadır

Cəmiyyət Materials 20 Oktyabr 2006 12:36 (UTC +04:00)

"Azərbaycan yığması çıxışı ilə komandalararası dünya Kubokunda çox xoş təəssürat buraxdı". Bu barədə Trend ə Həvəskar Boks üzrə Avropa Assosiasiyasının (EABA) prezidenti və Rusiya Boks Federasiyasının rəhbəri Eduard Husainov bildirib.

O etiraf edib ki, xüsusilə dünya və Avrora çempionatlarının mükafatçıları olan Romal Amanov (60 kq) və Elçin Əlizadənin (91 kq) çıxışları onun diqqətini cəlb edib. "Azərbaycanlı atletlərin inkişafı göz qabağındadır və onlar ayrı-ayrı çəki kateqoriyalarında rusiyalı boksçulara real rəqabət təşkil edə bilər. Uşaqlar hələ gəncdir və onların böyük idmanda yolları hələ təzə başlayır", - deyə E.Husainov vurğulayıb.

Xatırladaq ki, Bakıda keçirilən Dünya Kubokunda ABŞ və Qazaxıstan üzərində qələbə qazanan, kubalılara isə məğlub olan rinq sahibləri ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti