...

Türkiyənin təhsil naziri Bakıya gəlir

Cəmiyyət Materials 25 Oktyabr 2006 17:36 (UTC +04:00)

Türkiyənin təhsil naziri Hüseyn Çelik noyabrın 1-dən 4-dək Azərbaycanda səfərdə olacaq. Türkiyə Sənayeçiləri və İş Adamları Beynəlxalq Cəmiyyətindən Trend-ə verilən xəbərə görə, səfər çərçivəsində Hüseyn Çelik Azərbaycan Təhsil Nahirliyində olacaq və nazir Misir Mərdanovla görüşəcək. Türkiyəli nazir bir neçə ali təhsil ocağına da baş çəkəcək. Görüşlərdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunacaq.

Nazir səfər çərçivəsində noyabrın 3-də ölkəmizdəki Türkiyəli iş adamları ilə də görüşəcək. TUSİAB-dan verilən məlumata görə, görüşdə təhsil sahəsində fəaliyyət göstərən sahibkarlar, o cümlədən "Çağ Öyrətim İşlətmələri" şirkəti, Qafqaz Universiteti və türk özəl litseylərinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti