Pouerliftinq idman növü üzrə 2 dəfə dünya və 4 dəfə Avropa çempionu Rüfət Ağayev oktyabrın 30-da Amerika Birləşmiş Ştatlarında mötəbər yarışda iştirak etmək üçün yollanacaq. Bu barədə məlumatı Trendə Rüfət Ağayev verib.
O qeyd edib ki, noyabrın 2-6-da Nyu-Yorkda keçirilicək peşəkarlar arasında poverliftinq üzrə dünya çempionatında iştirak edəcək. Ağayevin sözlərinə görə bu yarışa dəvəti hələ Rusiyada keçirilən Avropa birinciliyində alıb. "Tolyattidə keçirilən yarışda dünya poverliftinq federasiyasının vitse-prezidenti Mark Brener də iştirak edirdi. O, məni peşəkarlar arasında təşkil olunan turnirə dəvət etdi. Bu çox məsuliyyətli bir yarışdır. Mən çalışacağam ki, bu çempionatdan da vətənə yüksək nailiyyətlə dönüm".