...

Strasburqdakı Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi 2006-2007 illər üçün hazırlanmış proqramın icrasına başlayıb

Cəmiyyət Materials 6 Noyabr 2006 13:09 (UTC +04:00)

Fransann Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi 2006-2007 illər üçün hazırlanmış proqramın ilk aylıq icrasına başlayıb. Bu barədə Trend ə Azərbaycanla Mədəni Əlaqələr Dərnəyindən məlumat verilib.

Hər ayın bir bazar günü iki saat - 15.00-dan 17.00-dək olan bu proqramlar fransiz dilində keçilir və proqram Azərbaycan musiqisi ilə aparılır.

Proqramlarda Strasburqda və Fransada yaşayan xaricilərlə əlaqədar məlumatlar, Güney və Quzey Azərbaycan barədə, Azərbaycan Respublikasının beynəlxalq əlaqələri haqda xəbərlər verilir.

Dərnəyin rəhbəri Mustaf Alınca bildirib ki, xüsusi mövzu işlənməyən radio verilişlərində isə vaxt çatdığı qədər Azərbaycan musiqisinə böyük yer verilir. 2007-ci ilin avqust ayınadək davam edəcək proramların vaxtı yaxın zamanlarda açıqlanacaq.

Hələlik isə vaxtı barədə məlumat verilən proqramlar bunlardır: 5 noyabr 2006, bazar günü saat 15.00-17.00-dək. 18 dekabr 2006 - bazar günü saat 15.00-17.00 arası. 14 yanvar 2007 - bazar günü saat 15.00-17.00. 18 fevral 2007 - bazar günü saat 15.00- 17.00. 18 mart 2007 - bazar günü saat 15.00-dan 17.00-dək.

"FM Kanalından: Strasburq və yaxınlarda olanlar üçün RBS Radio Prqoramlarımızı FM kanalı 91.9 MHZ-də dinləyə bilərlər"-deyə M.Alınca bildirib.

Xəbər lenti

Xəbər lenti