Azərbaycanın bir sıra basketbol klubları 11 noyabrda başlayacaq Superliqa oyununda iştirak etmək üçün hələ ərizə verməyiblər.
Milli Federasiyanın mətbuat katibi Ramin Kəsəmanskinin Trend -ə verdiyi məlumata görə bütün lazımi sənədləri yalnız "Qala", "Xəzər" və ölkə yeniyetmələrinin yığması təhvil verib. Başqa komandalar, "Təhsil", "AzTop", "Azəri", "NTD Sevrsi Devon" və "Qərb Universiteti" də daxil olmaqla hələ Federasiyaya heç bir ərizə verməyiblər, lakin R.Kəsəmanski əminliklə bildirdi ki, bu məsələ yaxın günlərdə həll olunacaq.
Qeyd etmək lazımdır ki, Superliqada güclülər kateqoriyasında iştirak etmək hüququnu birinci liqada uğurlu nəticələr hesabına qazanan 8 kollektiv iştirak etməlidir