...

Azərbaycanın qadın voleybol yığması dünya çempionatında Braziliyaya qarşı oyuna hazırlaşır

Cəmiyyət Materials 7 Noyabr 2006 21:00 (UTC +04:00)

Azərbaycanın qadın voleybol yığması Yaponiyada keçirilən dünya çempionatının ikinci qrup mərhələsində çıxışına noyabrın 8-də Braziliya ilə oyunla başlayacaq.

Trend in xəbər verdiyi kimi, yarışın cədvəlinə əsasən, Faiq Qarayevin yetirmələri debütdə birinciliyin əsas favoritlərindən biri ilə qarşılaşacaq. Bununla yanaşı, braziliyalılar bu mövsüm dünya Qran-Prisini qazanıb, mundialın birinci mərhələsində isə bütün görüşlərdən qalib ayrılıb və mükafat uğrunda mübarizəni əminliklə davam etdirib. Növbəti gün ABŞ kollektivi komandaya müqavimət göstərəcək. Onlarla görüşdən sonra azərbaycanlı voleybolçular birgünlük istirahət alacaq. Noyabrın 11-də Azərbaycan yığması Hollandiya, sonuncu turda isə Puerto-Riko ilə oynayacaq.

Qeyd etmək lazımdır ki, birinci qrup mərhələsində komanda 4-cü yeri tutaraq, turnir protokolunda Dominikan Respublikasını və Meksikanı qabaqlayıb.

Xəbər lenti

Xəbər lenti