...

Voleybolçu Natalya Məmmədova Braziliya ilə oyunda aldığı zədədən sonra özünə gəlib

Cəmiyyət Materials 9 Noyabr 2006 10:46 (UTC +04:00)

Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova bu yaxınlarda zədə almasına baxmayaraq, Yaponiyada Dünya çempionatının ikinci qrup mərhələsi çərçivəsində ABŞ-a qarşı oyunda iştirak edəcək.

Trend xəbər verir ki, idmançı Braziliya ilə ötən oyunda aldığı zədədən sonra özünə gəlib. O, oyunun ikinci partiyasında blok qoymağa çalışarkən topla başından zərbə alıb. Lakin bir gün ərzində komandanın əsas zərbə qüvvəsi olan N.Məmmədova artıq özünə gəlib və noyabrın 9-da Osakada keçiriləcək amerikalılara qarşı mühüm qarşılaşmada iştirak etmək üçün tam hazırdır. Həm də o, olmadıqda ön hissədə kollektivin hərəkətləri kəskin görünmür.

Qeyd etmək lazımdır ki, Natalya mundialın ən yaxşı bombardirləri sırasına daxil olaraq, çempionatın hər qarşılaşmasında yaxşı nəticə nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti