Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycandakı vəziyyətə dair geniş hesabatın birinci hissəsini artıq hazırlayıb. Bu barədə Trend ə DAK-ın Bakı nümayəndəliyindən məlumat verilib.
Qeyd edək ki, DAK tərəfindən Güney Azərbaycanla bağlı geniş hesabat hazırlanmsına başlanılıb. İki hissədən ibarət olacaq hesabatın birinci bölümü artıq hazırdır. Bu sənəd 75 səhifədən ibarətdir və 2004-2005-ci illəri əhatə edir. Birinci hissə Güney Azərbaycanda mədəni abidələrin dağıdılması, azərbaycanlılara qarşı təzyiq və repressiyalar, həmçinin kürd problemini əhatə etməklə üç bölmədən ibarətdir.
Hesabatın ikinci hissəsi isə 2006-cı ili əhatə edəcək. Bu il ərzində İranda baş verən kütləvi etiraz dalğası, azərbaycanlıların təqib və repressiyalara məruz qalması, həbs olunması və qətlə yetirilməsi barədə bütün faktlarının əldə edilməsində problemlər yarandığından, ikinci hissənin hazırlanması gecikir. Lakin Konqres geniş hesabatı bu ilin sonuna qədər başa çatdırmağı və bütün beynəlxalq təşkilatlara göndərməyi planlaşdırır.