...

Qrossmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla görüşə bilər

Cəmiyyət Materials 11 Noyabr 2006 15:02 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov məşhur hind şahmatçısı Vişvanatan Anandla görüşə bilər.

Trend in xəbər verdiyi kimi, keçmiş dünya çempionu Moskvada Mixail Tal memorialı başa çatdıqdan dərhal sonra keçiriləcək blits-turnirdə iştirak etməyə razılıq verib. V.Anand sürətli şahmat oyununda tanınmış ustadır və bu mövsüm Mayntsda keçirilmiş festival çərçivəsində Teymur Rəcəbov üzərində qələbə qazanıb.

Qeyd etmək lazımdır ki, Şəhriyar da bu şahmat üzrə uğurla oynayır və qarşıdakı yarışın əsas favoritlərindən biri hesab olunur. Bu yarışda ispan Aleksey Şirov istisna olmaqla, memorialın demək olar ki, bütün iştirakçıları çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti