...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İstanbulda keçiriləcək beynəlxalq tədbirə qatılacaq

Cəmiyyət Materials 14 Noyabr 2006 13:48 (UTC +04:00)

Noyabrın 20-də Türkiyənin İstanbul şəhərində "İslam konfransı təşkilatı dövlətlərinin inkişafında qadınların rolu" mövzusunda ikigünlük beynəlxalq konfrans keçiriləcək. Trend in məlumatına görə, bu barədə KİV-lərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da iştirak edəcək. Bu beynəlxalq tədbir İslam Konfransı Təşkilatının 2005-ci ilin dekabrında Səudiyyə Ərəbistanında keçirilmiş üçüncü fövqəladə sessiyası tərəfindən qəbul edilmiş onillik Fəaliyyət Proqramına əsasən təşkil olunur.

Xəbər lenti

Xəbər lenti