...

Çinin İdman məsələləri üzrə Baş idarəsi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

Cəmiyyət Materials 14 Noyabr 2006 14:02 (UTC +04:00)

Noyabrın 14-də Çinin İdmaş məsələləri üzrə Baş idarəsinin rəis müavini Yu Tsay Tsinin başçılıq etdiyi Çinin İdman məsələləri üzrə Baş idarəsi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Bu barədə Trend ə Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində azərbaycanlı idmançıların 2008-ci ildə Çində keçiriləcək növbəti Olimpiya oyunlarında iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Yu Tsay Tsin eyni zamanda Çinin Olimpiya komitəsi rəhbərinin müavini və Beynəlxalq Olimpiya Komitəsinin İcra komitəsinin üzvüdür. Tərəflər bir sıra idman yarışlarının keçirilməsi ilə bağlı texniki məsələləri müzakirə edib, təcrübə mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti