...

UEG nümayəndə heyəti Heydər Əliyev adına İdman və Konsert Kompleksinə baxış keçirib

Cəmiyyət Materials 14 Noyabr 2006 18:04 (UTC +04:00)

Azərbaycana Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının keçirilməsi haqqında müqavilə imzalamağa gələn Avropa Gimnastika Birliyinin (UEG) nümayəndə heyəti Heydər Əliyev adına İdman və Konsert Kompleksinə baxış keçirib.

Milli Federasiyanın mətbuat katibi Şahin Kazımzadənin Trend -ə bildirdiyi kimi, UEG rəhbəri Dmitrios Dmitropulosun başçılığı ilə qonaqlar yarış və məşq zallarına, dopinq nəzarət otaqlarına baxıblar, eyni zamanda hakimlər və katiblik üçün otaqları müəyyənləşdiriblər. Nümayəndə heyəti eyni zamanda VIP-lojaya baş çəkib, foto mövqe, video kamera, mikst-zona üçün yer müəyyənləşdiriblər və bir sıra başqa məsələləri müzakirə ediblər.

Eyni zamanda Ş.Kazımzadə qeyd edib ki, UEG nümayəndələri yenidən çempionatın təşkilati komitəsi ilə görüş keçirib ki, bundan sonra Bakıya səfərin rəsmi hissəsini bitiriblər.

Xəbər lenti

Xəbər lenti