...

Şirvindt və Derjavin "ÜNS" teatrında çıxış edəcək

Cəmiyyət Materials 15 Noyabr 2006 14:09 (UTC +04:00)

Noyabrın 27-28-də "ÜNS" teatrında Rusiyanın iki tanınmış aktyoru Aleksandr Şirvindt və Mixail Derjavinin qastrol çıxışları olacaq. Onların çıxış proqramı məlum deyil. Ancaq Trend in xüsusi müxbirinə bildirildiyi kimi, bu, böyük tamaşa olacaq.

A.Şirvindt və M.Derjavin Moskva Akademik Satira Teatrının aktyorlarıdır. Aleksandr Anatolyeviç eyni zamanda teatrın baş rejissorudur. Teatrın direktoru isə həmvətənimiz Məmməd Ağayevdir.

Teatrın fəaliyyət göstərdiyi 80 ildən çox dövr ərzində burada Anatoli Papanov, Spartak Mişulin, Tatyana Peltser, Andrey Mironov və başqaları çıxış edib.

"ÜNS" teatrı bir ildən az müddətdir ki, fəaliyyət göstərsə də, Aleksandr Filippenko və Sergey Yurski kimi ulduzların qastrollarını təşkil etməyə nail olub. Bu ilin yayında isə Tofiq Quliyevin musiqi irsi üzərində qurulmuş musiqili tamaşa hazırlanıb.

Xəbər lenti

Xəbər lenti