...

Prezidentin İcra Aparatının şöbə müdiri: "Bakıdakı mürəkkəb nəqliyyat şəraitinə görə mitinqlərin keçirilməsi yeri köçürülüb"

Cəmiyyət Materials 15 Noyabr 2006 20:52 (UTC +04:00)

Bakıdakı mürəkkəb nəqliyyat şəraitinə və avtomobillərin çoxluğuna görə əvvəllər müəyyən edilmiş yerlərdə hazırda mitinq keçirmək mümkün deyil. Bu daha böyük nəqliyyat problemlərinə gətirib çıxarar. Trend -in verdiyi məlumata görə, bu haqda noyabrın 15-də Azərbaycan Prezidenti Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu tədbirlərin keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yeni xüsusi yerlər təklif edilib ki, burada bu cür aksiyalar baş tuta bilər. Ə.Həsənov qeyd edib ki, əgər gələcəkdə Bakının mərkəzində nəqliyyat şəraiti normallaşarsa, onda kütləvi tədbirlərin keçirilməsi üçün mərkəzdə ayrılan yerlər yenidən bərpa oluna bilər.

Xəbər lenti

Xəbər lenti