Bakıdakı ümumtəhsil məktələrində aparılan monitorinqin nəticəsində 31 məktəb direktoru cəzalandırılıb. Trend in xəbərinə görə, təhsil naziri Misir Mərdənovun başçılığı ilə keçirilən qapalı müşavirənin nəticələrinə həsr olunmuş və noyabrın 16-da Bakı şəhəri üzrə Təhsil İdarəsində keçirilən mətbuat konfransında İdarənin beynəlxalq və içtimayyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.
Z.Əliqızı bildirib ki, monitorinq zamanı ümumtəhsil ocaqlarının son 3 ildə əldə etdikləri tədris göstəriciləri, məktəblərin maddi texniki bazası ilə bağl məlumatlar araşdırılır.
"Bakının 8 məktəbinin monitorinqin nəticələri əsasında ciddi nöqsanlara yol verən məktəb direktorlarının cəzalandırıldığı bəyan edilib.
8 məktəbin direktoru işdən çıxarılıb, 7 məktəbin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 3 məktəb direktoruna törmət verilib, 13 məktəbin direktoruna isə xəbərdarlıq elan olub", - deyə Z.Əliqızı bildirib.