...

"Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin azlığı" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 16 Noyabr 2006 17:26 (UTC +04:00)

Noyabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Demokratik İslahatlar Partiyası (DİP) gənclər təşkilatının təşəbbüsü ilə "Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin az olmasının səbəbləri" mövzusunda toplantı keçirilib. Trend in məlumatına görə, konfransda iqtisadçı alim İnqilab Əhmədov məruzə edib, mövzu ilə bağlı təkliflər irəli sürülüb.

DİP Gənclər Təşkilatının sədri Ramin Hacılı bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsinə əsasən, təhsilə ayrılan vəsaitin 80-82 faizinin müəllimərinin əməkhaqqına yönəldilməsi nəzərdə tutulub. O qeyd edib ki, təhsilə ayrılan vəsaitdə artım var, amma bunun böyük əksəriyyəti əməkhaqqına sərf olunduğundan vəsaitin qalan hissəsi ilə təhsil sahəsində hansısa uğurlara nail olmaq mümkün deyil. R.Hacılı bildirib ki, təhsil sahəsinə ayrılan əlavə vəsaitlər məktəblərin tikilməsinə sərf olunur. Lakin Boloniya sistesiminə uyğun olaraq tələbələrin xaricdə təhsil alması üçün vəsait ayrılmır.

Məruzəçi İnqilab Əhmədov bildirib ki, təhsil sistemimiz Bolniya sisteminə keçid edirsə, o zaman "Təhsil haqqında" qanuna da bəzi dəyişikliklər edilməlidir. O, həmçinin deyib ki, peşə məktəblərinə ayrılan vəsait çox azdır. Hökumət ya peşə məktəblərinə diqqəti artırmalı, kard hazırlığını yüksəltməli, ya da bu təhsil ocaqları özəlləşdirilməlidir.

İnqilab Əhmədovun fikrincə, təhsil sahəsinə ayrılan vəsitin artırılması hələ problemlərin həlli demək deyil. Onun sözlərinə görə, bu sahədə köklü problemlər həllini tapmalı, bunun üçün islahatlar aparılmalı, ali təhsil müəssisələrində müxtəlif elmlərə universal yanaşma tərzi aradan qaldırılmalı, konkret ixtisaslaşma getməlidir.

Məruzəçi qeyd edib ki, təhsil sahəsində ekstensiv inkişafdan intensiv inkişafa keçilməlidir. Onun fikrincə, Azərbaycanda tələbələrin sayı ilə nisbətdə müəllimlərin sayı çoxdur. Ölkədə 370 mini müəllim olmaqla, ümumilikdə 400 min təhsil işçisi var. Kəmiyyət artımından çox keyfiyyət artımına üstünlük verilməlidir.

Xəbər lenti

Xəbər lenti