...

Baş məşqçi: "Bakı" futbol klubunun oyun təcrübəsi azdır

Cəmiyyət Materials 18 Noyabr 2006 12:30 (UTC +04:00)

"Bizim oyun təcrübəmiz azdır, buna görə də komandamız xal itirir". Bu barədə Trend ə futbol üzrə ölkə çempionu "Bakı" klubunun baş məşqçisi Böyükağa Hacıyev yetirmələrinin cari mövsümdə qeyri-sabit oyununu şərh edərkən bildirib.

Məşqçi vurğulayıb ki, son ay ərzində klub cəmi iki təqvim qarşılaşması keçirib. "Bütün bunlar özünü göstərir və "Şahdağ"a qarşı səfər qarşılaşmasında 0:0 hesabı ilə heç-heçə bunun parlaq təsdiqidir. Biz əsas işi görə bilmədik - qol vurmadıq və xal itkisinə məruz qaldıq", - deyə B.Hacıyev bildirib.

Qeyd etmək lazımdır ki, on bir turdan sonra "Bakı" turnir cədvəlinin yeddinci yerində qərarlaşıb və lider olan "Xəzər"dən artıq altı xal geridədir.

Xəbər lenti

Xəbər lenti