...

Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev FİFA-nın ötən il ən yaxşı oyunçusu qismində Ronaldinyonu görür

Cəmiyyət Materials 18 Noyabr 2006 14:01 (UTC +04:00)

Azərbaycan futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev FİFA variantına əsasən ilin ən yaxşı oyunçusunu müəyyən edilən zaman səsini "Barselona"-nın yarımmüdafiəçisi olan Ronaldinyoya verəcək.

Rəhbərin Trend -ə etiraf etdiyi kimi, o hələ Beynəlxalq Federasiyadan bu günlərdə gəlib çatmalı olan müvafiq anketi almayıb, lakin öz prioritetlərini artıq müəyyən edib. "Anketdə birinci yerə mundialda ən yaxşı oynunu göstərə bilməməsinə baxmayaraq katoloniyalıların tərkibində yenidən İspaniyanın çempionu olan Ronaldinyonu yazacağam. Üç yaxşı futbolçunun siyahısına Zinəddin Zidanı və Cenaro Qattuzonu əlavə edəcəyəm". Bunu rəhbər vurğulayıb.

Qeyd etmək lazımdır ki, FİFA-nın ən yaxşı futbolçunun adı bütün yığmaların məşqçi və kapitanlarının səsverməsi nəticələrinə görə müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti