...

DAK nümayəndə heyətinin Türkiyə səfərində IX qurultayla bağlı yeni qərarlar qəbul ediləcək

Cəmiyyət Materials 21 Noyabr 2006 17:01 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Sədr Aparatı, Məclisi və ayrı-ayrı ölkələrdəki nümayəndəliklərinin birlikdə Türkiyəyə səfəri zamanı bu qurumla bağlı ciddi müzakirələr aparılacaq, DAK-ın 2007-ci il üçün iş planı hazırlanacaq və IX qurultay haqqında yeni qərarlar qəbul ediləcək. Bu barədə Trend ə DAK-dan məlumat verilib.

DAK sədri Cavad Derəxtinin rəhbərliyi ilə nümayəndə heyəti noyabrın 27-dən dekabrın 2-dək Ankara və İstanbulda səfərdə olacaq. 24 nəfərlik heyətə DAK-ın Məclis sədri, millət vəkili Sabir Rüstəmxanlı, DAK İdarə Heyətinin üzvləri, həmçinin iş adamları daxildir.

Noyabrın 27-də Atatürkün, Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin və DAK-ın mənəvi lideri Məmməd Kəngərlinin məzarının ziyarət edilməsi ilə başlanan səfər zamanı bir sıra görüşlər olacaq. Səfər dekabrın 3-də Türk Dünyası Araşdırmaları Iəqfindən keçirilən toplantı ilə başa çatacaq. 7 günlük səfər zamanı milli, siyasi məsələlərlə bağlı müzakirələr aparılacaq, diasporla görüşlər keçiriləcək. DAK rəhbərliyinin proqramında Türkiyənin işgüzar qurumlarıyla görüşlər də nəzərdə tutulub. Müxtəlif siyasi partiya və diaspor qurumları, rəsmi şəxslər, media qurumları ilə görüşlər də olacaq. Həmçinin "21 AZƏR" Hərəkatının növbəti ildönümü ilə bağlı DAK tərəfindən geniş proqram hazırlanıb.

Xəbər lenti

Xəbər lenti