"Luiziano Torresə qarşı mübarizəyə hazırlığım iki mərhələyə ayrılıb". Bunu Trend -ə WBA (World Boxing Association) titulu uğrunda braziliyalı ilə dekadrın 16-da Bakıda keçiriləcək görüşü ərəfəsində Azərbaycanın profesional boksçusu Əli İsmayılov bildirib.
Dəri əlcəklər ustasının Trend -ə verdiyi məlumata görə, hazırda o fiziki kondisiyaları artırmağı başa çatdırır, bundan sonra sparrinqlərin keçirilməsinə və texniki- taktiki elementlərin məşqinə başlayacaq. "Rəqibin dözümlülüyünü və onun fiziki kondisiyalarını nəzərə alaraq, yarışın taleyinin on iki raundlu görüşün ikinci yarısında həll olunacağını təxmin etmək olar ". Əli belə guman edir.
Xatırladaq ki, kəmər uğrunda Bakıdakı profesional boks axşamı çərçivəsində yeddi reytinqli qarşılaşma olacaq.