...

Azərbaycan və bir çox ölkələrin Boks Federasiyaları AIBA-nın növbədənkənar konqresinin keçirilməsi uğrunda mübarizə aparır

Cəmiyyət Materials 25 Noyabr 2006 13:06 (UTC +04:00)

Bir çox ölkələrin Boks Federasiyaları , o cümlədən Azərbaycan Həvəskar Boksun Ümumdünya Assosasiyasının (AIBA) Növbədənkənar Konqresini çağırmağı tələb edir.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend -ə verdiyi məlumata görə, Tayvandan olan AIBA-ya Vu Çinq Kuonun rəhbərliyi ilə təşkilatın Dominikan Respublikasındakı hesabat seçki konfransı Assosiasiya nizamnaməsinin ciddi pozuntuları ilə keçirilib. "Boksda vətəndaş müharibəsi başlaya bilməz və AIBA üzvlərinin bundan qaçması üçün yenidən toplaşmaq və vacib məsələləri həll etmək lazım". Bunu A.Əbiyev qeyd edib.

Qeyd etmək lazımdır ki, seçkilər zamanı A.Əbiyev AIBA-nın baş katibi vəzifəsinə öz namizədliyini irəli sürüb, lakin bu vəzifədə Türkiyədən Kaner Doğaneli öz möqeyini saxlayıb.

Xəbər lenti

Xəbər lenti