...

Azərbaycan Ekologiya Nazirliyi əhali arasında "quş qripi" ilə mübarizə çərçivəsində maarifçilik işləri aparır

Cəmiyyət Materials 28 Noyabr 2006 18:37 (UTC +04:00)

Azərbaycanın Ekologiya və TəbiiSərvətlər Nazirliyi əhali arasında "quş qripi" virusu ilə mübarizə çərçivəsində təbliğat işləri aparır. Nazirliyə istinadən Trend məlumat verir ki, Azərbaycanda bu virusun qarşısını alınması üzrə plana müvafiq olaraq 7 operativ qrup noyabrın 20-dən 22-nə kimi monitorinq tədbirləri həyata keçirib.

Dəvəçi-liman istiqamətində hərəkət edən qrup Çayqaraqaşlı, Hacıqaraqaşlı , Xəlilli və Sarvan kəndlərinin sakinlərinin iştirakı ilə iclas keçirərək onları təlimatlandırıb. Monitorinq keçirilib və bu zaman quşların məhv olma faktları aşkarlanmayıb. Başqa qrup Altıağac Milli Parkında monitorinq, nəzarət və təbliğat kompaniyası, təhsil müəssisələrində maarifləndirici işlər keçirib. Qalan operativ qruplar anoloji işləri Abşeron Milli Parkında, Pirallahı, Gil, Cilov adalarında, Şirvan Milli Parkında, Qızılağac Dövlət qoruğunda, Siyəzəndə və dənizsahili ərazilərdə həyata keçirib.

Xəbər lenti

Xəbər lenti