...

ABŞ səfiri hesab edir ki, təhsildə korrupsiya dövlətin gələcəyinə zərbədir

Cəmiyyət Materials 29 Noyabr 2006 12:46 (UTC +04:00)

Şəraitdən asılı olmayaraq korrupsiyanın heç bir formasına bəraət qazandırmaq olmaz. Trend -in məlumatına görə, bu gün bu haqda təhsildə korrupsiya ilə mübarizəyə həsr olunmuş konfransda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi vurğulayıb.

O qeyd edib ki, hökümət demokratik cəmiyyətdə onun xalqına verilən hüquqlara xüsusi məsuliyyətlə yanaşmalıdır. ABŞ səfiri qeyd edib: "Xalqın adından məsuliyyət daşıyanlar hər dəfə rüşvət alanda xalqının qürurunu öz şəxsi maraqlarına satır. Demokratik cəmiyyətdə həddindən artıq müvəffəqiyyətsizlik ola bilməz".

E.Dersi aşağı əməkhaqqı alan məmurlar arasında korrupsiya faktlarını da izah edərək güclü hüquq çərçivəsinin yaradılması vacibliyini qeyd edib. O təhsildə korrupsiyanı dövlətin gələcəyinə zərbə kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti