...

Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov ETU rəhbərliyi ilə görüşəcək

Cəmiyyət Materials 4 Dekabr 2006 11:45 (UTC +04:00)

Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov dekabrın 4-də Bakıda səfərdə olan

Taekvando Avropa İttifaqının (ETU) rəhbərliyi və idmanın bu növü üzrə Ümumdünya Federasiyanın rəhbəri Çonq-Çou ilə görüşəcək.

Trend xəbər verir ki, səfər gedişində tərəflər respublikada taekvandonun inkişaf perspektivlərini, eləcə də paytaxtda keçirilməsi mümkün olan bir sıra beynəlxalq yarışları müzakirə edəcəklər. Xatırladaq ki, məhz Bakı keçən olimpiya seçməsinə lisenziya turnirini qəbul edib, növbəti mövsümdə isə gənclər arasında Avropa birinciliyini təşkil etmək hüququna ikinci dəfə layiq görülüb.

Qeyd edək ki, qonaqlar respublikaya yenicə təşrif buyurublar və yaxın günlərdə azərbaycanlı həmkarları ilə bir sıra görüş və danışıqlar aparmağı, eləcə də idman komplekslərinə baxış keçirilməsini planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti