...

"AzərReyl"in volleybolçuları Avstriyaya yola düşüblər

Cəmiyyət Materials 4 Dekabr 2006 12:49 (UTC +04:00)

"AzərReyl" Qadın Voleybol Klubu Avstriyaya yola düşüb. Onlar dekabrın 5-də burada SVS komandasına qarşı Çempionlar Liqasının qrup mərhələsində ikinci tur görüşünü keçirəcəklər.

Trend dən verilən məlumata görə, komandanın tərkibində zədəli oyunçu yoxdur və Faiq Qarayevin yetirmələri səfərə mütləq qələbə arzusu ilə yola düşüblər. Belə ki, "AzərReyl" son görüşdə öz meydançasında İtaliyanın "Skavolini" komandasına məğlub olub və turnirdəki mövqeyini mütləq düzlətmək fikrindədir. SVS komandası da həmçinin Liqada zəif oyun nümayiş etdirərək İstambulda "Ezaçibaşi" komandasına 1:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, qrupdan "pley-off"a o kollektivlər düşəcək ki, onlar yarımqruplarda birinci üç yeri tutmuş olsunlar, beləliklə bu, həmvətənli volleybolçularımıza növbəti raunda keçmək imkanı qazandıracaq.

Xəbər lenti

Xəbər lenti