...

Nazim İbrahimov: "Rusiyada yaşayan azərbaycanlıların miqrasiya problemləri ilə əlaqədar Dövlət Komitəsində xüsusi qərargah yaradılıb"

Cəmiyyət Materials 4 Dekabr 2006 17:15 (UTC +04:00)

Rusiyada yaşayan azərbaycanlıların dövlət qeydiyyatı, miqrasiya problemləri ilə əlaqədar Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində xüsusi qərargah yaradılıb. Bu barədə Trend ə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

Qeyd edək ki, Nazim İbrahimov Rusiyada yaşayan və ticarətlə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri problemlərin araşdırılması üzrə Dövlət Komissiyasında təmsil olunur. N.İbrahimovun sözlərinə görə, Dövlət Komissiyasının toplantısında qərara alınıb ki, Rusiyada qeydiyyatsız yaşayan azərbaycanlıların problemlərini araşdırmaq üçün operativ qərargah yaradılsın. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində yaradılan qərargahda Rusiyadakı azərbaycanlılarla əlaqələr qurulacaq, telekörpü yaradılacaq, jurnalistərin də həmvətənlərimizin durumunu öyrənməsinə imkan yaradılacaq.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin ölkə ərazisində qeyri-leqal yaşayan, ticarətlə məşğul oan şəxslərin deportasiyasına dair sərəncam verib. Azərbaycan prezidenti İ.Əliyev isə Rusiyada qeydiyyatsız yaşayan, işləyən azərbaycanlıların üzləşə biləcəyi problemlərin həllinə kömək məqsədilə xüsusi Dövlət Komissiyası yaradıb, tədbirlər planı hazırlanmasına göstəriş verib.

Xəbər lenti

Xəbər lenti