...

Azərbaycan Ədliyyə Nazirliyi yeni ikitərəfli müqavilələr imzalamaq niyyətindədir

Cəmiyyət Materials 8 Dekabr 2006 16:44 (UTC +04:00)

Azərbaycan Hindistan, Pakistan, Əlcazair, Səudiyyə Ərəbistanı və Çinlə hüquqi yardım, məhkumların verilməsi və onların ekstradasiyası haqqında ikitərəfli müqavilələr imzalamaq niyyətindədir. Bu barədə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr üzrə idarənin rəisi Faiq Qurbanov bildirib.

Bu ölkələrdəki vəziyyəti təhlil edən Azərbaycan tərəfi danışıqlara başlayıb. Gələcəkdə isə başqa müqavilələrin imzalanma ehtimalı var.

İdarə rəisinin sözlərinə görə, Azərbaycan Ədliyyə Nazirliyi və Avropa ölkələri arasında hüquqi yardım, məhkumların verilməsi və onların ekstradasiyası haqqında bir sıra sazişlər mövcuddur. İldən ilə müqavilə bazası genişlənir.

Yeri gəlmişkən, bu yaxınlarda Çin xalq respublikası ilə məhkumların ekstradasiyası haqqında müqavilə imzalanıb. Azərbaycan Ədliyyə Nazirliyi həmçinin məhkumların verilməsi haqqında ikitərəfli saziş layihəsini hazırlayıb. O, ikinci tərəfdə, yəni Çindədir. Çin bu sənədi nəzərdən keçirməlidir.

Avropa ölkələri ilə ikitərəfli müqavilələrin bağlanmasına gəlincə, qeyd etmək lazımdır ki, əməkdaşlığın bir çox bəndləri artıq Cəzalarının qalan hissəsini çəkmək üçün məhkumların verilməsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulub. Avropa Şurasının üzv-ölkələri, o cümlədən Azərbaycan bu konvensiyanın iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti