...

"Olimpik" futbol klubu qış fasiləsi dövründə itkilərlə üzləşə bilər

Cəmiyyət Materials 9 Dekabr 2006 14:19 (UTC +04:00)

Ölkə çempionatında yeddinci yerdə gedən "Olimpik" futbol klubu qış fasiləsi dövründə kadr itkisi ilə üzləşə bilər.

Komandanın baş məşqçisi Əsgər Abdullayevin Trend ə verdiyi məlumata görə, müqəddəratı yaxın günlərdə həll olunacaq yarımmüdafiəçi Ruslan Musayev komandanın sıralarını tərk etmək istəyir.

Məşqçi bildirib: "Dekabrın 14-də klubun yığıncağı keçiriləcək. Bu yığıncaqda birinci dairənin nəticələri aparılacaq, yaxın prioritetlər qeyd olunacaq. Elə həmin yığıncaqda da komandanın gücləndirilməsi məsələsi müzakirə ediləcək və "Olimpik"i tərk etmək istəyən oyunçuların fikirləri dinləniləcək".

Eyni zamanda, Ə.Əsgərov bildirib ki, Azərbaycan futbolunun veteranı Vidadi Rzayevin komandadan getməsi barədə söhbət həqiqətə uyğun deyil və o, əvvəlki kmi yenə də komandanın heytində qalır.

Xəbər lenti

Xəbər lenti