...

Fikrət Məmmədov: 2007-ci ildə məhkumların saxlanılması ilə əlaqədar büdcədə vəsait artımı olacaq

Cəmiyyət Materials 11 Dekabr 2006 14:38 (UTC +04:00)

2007-ci ildə məhkumların saxlanılması ilə əlaqədar büdcədə vəsait artımı olacaq. Trend in xəbərinə görə, bu barədə dekabrın 11-də jurnalistlərə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

"Bu büdcənin vəsaiti ildən-ilə artır. Həmin vəsait məhkumların qidasına, geyiminə və s. problemlərinə sərf edilir. 2007-ci ildə isə büdcədə əvvəlki illərlə müqayisədə böyük artım müşahidə olunacaq" - deyə nazir qeyd edib.

Nazir həmçinin həbsxanalarının köçürülməsi məsələsinə də aydınlıq gətirib. Lakin o, bildirib ki, hazırkı vaxtda konkret hansı həbsxananın köçürüləcəyini proqnozlaşdırmaq çətindir. Çünki bu proses kifayət qədər vaxt tələb edir və məsələ yaxın günlərdə, aylarda yox, sadəcə yaxın gələcəkdə həllini tapacaq.

"Azərbaycanda ötən əsrin əvvəllərində tikilmiş həbsxanalar müasir tələblərə cavab vermir. Həbsxanaların əksəriyyətinin paytaxtda yerləşməsi məhkumların uzaq bölgələrdə yaşayan yaxınları üçün müəyyən çətinliklər yaradır. Bunu nəzərə alaraq həbsxanaların bölgələrə keçirilməsi barədə qərar qəbul etmişik. Məhkumlar öz ailələrinə yaxın ərazidə cəza çəksələr, bu, onların gələcəkdə reablitasiyasını da asanlaşdıracaq" - deyə nazir qeyd edib.

F.Məmmədovun sözlərinə görə, hazırda Qobustan Qapalı Həbsxanasının da köçürülməsi məsələsi ətrafında müzakirələr aparılır. Həbsxananın inşa edilməsi ilə əlaqədar bir nçeə yer təklif olunub. Ədliyyə Nazirliyi hələlik həmin yerləri nəzərdən keçirir. Həbsxananın köçürülməsi üçün isə xeyli vaxt tələb olunur.

"Hazırkı həbsxanalar tədricən ləğv olunacaq və məhkumlar üçün müasir, beynəlxalq standartlara uyğun həbsxanalar yaradılacaq" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti