...

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov "Şahmat klubu" verilişində teletamaşaçılarla şahmat partiyasına başlayıb

Cəmiyyət Materials 11 Dekabr 2006 17:22 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov AzTV-də yayımlanan "Şahmat klubu" verilişində teletamaşaçılarla şahmat partiyasına başlayıb.

Proqramın aparıcısı və bu ideyanın müəllifi sayılan, Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, idmançı ağ fiqurlarla artıq birinci gedişi edib və indi tamaşaçıların cavabını gözləyir. F.Həsənov bildirib: "Həftə ərzində tamaşaçılar öz gediş variantını təqdim edəcəklər və daha çox təklif olunan versiya lövhədə öz əksini tapacaq. Bundan sonra Teymur öz gedişini oynayacaq. Yeri gəlmişkən, o, hətta səfərdə olsa belə, telefon, yaxud elektron poçtu vasitəsilə əlaqə saxlamaqla oyunu davam etdirə biləcək".

Qeyd edək ki, bu yaxınlarda T.Rəcəbov Florensiyada keçirilən "Bəşəriyyətin intellektual tərəqqisi" simpozium-sərgi çərçivəsində kompüterə qarşı oynayıb.

Xəbər lenti

Xəbər lenti