Azərbaycanlı alpinist İsrafil Aşurlu aprel ayında Everestə çıxmağa hazırlaşır.
Moskvada yaşayan alpinistin Trend ə verdiyi xəbərə görə, onun məşq planlarında Rusiya paytaxtında qarın olmaması səbəbindən bəzi dəyişikliklər olub. "Dekabrın ilk həftəsi başa çatıb, lakin indiyədək qar yağmayıb. Uzunmüddətli xizək qaçışlarının mövsüm arasında alpinistlər üçün məşqin ən yaxşı növlərindən biri olduğunu nəzərə alaraq, mən xizək sürə bilmirəm", - deyə İ.Aşurlu bildirib. O, bu mövsümdə ikinci cəhddən Pamirdə İsmayıl Somoni zirvəsini (Kommunizm zirvəsi) fəth edib.
Qeyd etmək lazımdır ki, növbəti beynəlxalq ekspedisiya "Yeddi zirvə" proqramı çərçivəsində "Alpindustriya" şirkəti ilə birgə Moskva Alpinizm və Qayalara Dırmanma Federasiyası tərəfindən təşkil olunub.