...

Azərbaycan bölgələrində "Səhiyyə günləri" proqramı çərçivəsində təcili tibbi yardım məntəqələri istismara verilib

Cəmiyyət Materials 18 Dekabr 2006 16:06 (UTC +04:00)

Bu gün Masallı və Salyanda dekabrın 16-dan 31-ə qədər davam edəcək. "Səhiyyə günləri" proqramı çərçivəsində təcili tibbi yardım məntəqələrinin açılış mərasimi keçirilib.

Trend Azərbaycanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Salyandakı məntəqinin istismara verilməsi mərasimində səhiyyə naziri Oqtay Şirəliyevin özü iştirak edib.

Salyan rayonuna, digər rayonlar da daxil olmaq şərti ilə 9, Masallı rayonuna isə 11 təcili tibbi yardım maşınları verilib.

Səhiyyə naziri görülən işlərdən razılığını bildirərək bu məntəqələrin əhalinin sağlamlığının qorunmasında çox büyük rol oynayacağını qeyd edib.

Açılış mərasimində həmçinin millət vəkili Fazil Ağamalıyev də çıxış edərək, bu istiqamətdə görülən işləri çox yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti