...

Azərbaycanlı zəvvarların böyük bir hissəsi artıq həcc ziyarətinə başlayıb

Cəmiyyət Materials 19 Dekabr 2006 16:40 (UTC +04:00)

Azərbaycanlı zəvvarların böyük bir hissəsi artıq həcc ziyarətinə başlayıb. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İbarəsindən (QMİ) məlumat veriblər.

İdarədən verilən məlumata görə, dekabrın 13-dən 19-na kimi hər birində 243 zəvvar olan 4 təyyarə Səudiyyə Ərəbistanına yola düşüb və onlar artıq Həcc ziyarətinə başlayıblar. Təxminən bir o qədər zəvvar da dekabrın 21-dən 24-nə kimi yola düşəcək.

QMİ nümayəndəsinin sözlərinə görə, azərbaycanlı zəvvarlarından ibarət ilk avtobus karvanı artıq Suriya ərazisindədir və bu gün gecə İordaniya ərazisinə keçəcək. İkinci karvan isə gecə yarısı Suriyaya çatacaq.

İdarədən bildiriblər ki, bütün zəvvarlar sağ və salamatdırlar, özlərini yaxşı hiss edirlər və müqəddəs prosesə hazırlaşırlar.

Xatırladaq ki, bu il Həcc ziyarətinə 4500 Azərbaycan vətəndaşı yola duşur, təxminən 700 yer ziyarəti təşkil etmək üçün lisenziyaya malik özəl turist şirkətlərinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti