...

Sankt-Peterburqda M.Y.Lermontov adına Mərkəzi Kitabxananın filialında Azərbaycan bölməsi açılıb

Cəmiyyət Materials 20 Dekabr 2006 12:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə M.Y.Lermontov adına Mərkəzi Kitabxananın Qoroxovo 41 ünvanında yerləşən filialında "Azərbaycan milli kitabxanası" bölməsi açılıb. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Azərbaycan bölməsinin açılış mərasimində Sankt-Peterburq şəhər administrasiyasının elm və mədəniyyət üzrə Komitəsinin sədr müavini V.Ponkratov, xarici əlaqələr üzrə Komitəsinin sədr müavini A.Marakov, qanunvericilik məclisinin mədəniyyət üzrə Komitəsinin sədri S.Andreyev, Sankt-Peterburq "Millətlər Evi"nin sədri İ.Tsakiyev, Azərbaycan, xorvat, Ukrayna, Tatarıstan və alman diasporlarının nümayəndələri, Litvanın Baş Konsulu E.Bayarunas iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov çıxış edərək gələcəkdə Azərbaycan bölməsinin genişləndiriləcəyini, Azərbaycan mədəni irsinin bu şəhərdə tanınması işlərinin davam etdiriləcəyini deyib. Kitabxananın müdiri S.Sereyçik burada Azərbaycan bölməsinin açılmasının iki ölkə arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin Sankt-Peterburqun tanınmış şairləri Vsevolod Rojdenstvenski və Mixail Dudinin şerlərinin SSRİ zamanı "Sovetski pisatel" nəşriyyatının Bakıdakı bölməsi tərəfindən Azərbaycan dilində dərc olunmuş kitablarının bir neçə nüsxəsinin Lermontov kitabxanasına "Qızıl Fond" üçün hədiyyə olunması məsələsini qaldırıb.

Baş Konsulluq tərəfindən Azərbaycan Respublikasının hazırkı həyatını, mədəni irsini, ermənilərin Azərbaycan torpağına təcavüzünü, azərbaycanlıları soyqırıma məruz qoymasını, həmçinin Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Azərbaycan ədiblərinin bədii əsərləri kitabxanaya hədiyyə olunub.

Xəbər lenti

Xəbər lenti