...

ATƏT DTİHB rəhbəri Azərbaycanın ədliyyə naziri ilə görüşüb

Cəmiyyət Materials 22 Dekabr 2006 17:55 (UTC +04:00)

Dekabrın 22-də Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştroxal ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.

Görüşdə ədliyyə naziri qeyd edib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsinə xüsusi önəm verilir və o, bu sahədə mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan bu sahədə ATƏT-lə də sıx əməkdaşlıq edir.

Nazir qonağa son vaxtlar ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən kompleks tədbirlərdən danışaraq yeni demokratik təsisatların yaradılması barədə geniş məlumat verib. O vurğulayıb ki, Azərbaycanda məhkəmə hakimiyyətinin gücləndirilməsi və möhkəm ədliyyə sisteminin formalaşdırılmasına xidmət edən mühüm addımlar atılıb.

Nazir məhkəmələrin və digər aidiyyəti qurumların istifadəyə verilməsi, mühüm əhəmiyyət kəsb edən konfransların və seminarların keçirilməsi barədə də geniş məlumat verib.

Xəbər lenti

Xəbər lenti