...

"Təhsil haqqında" qanunun müzakirəsi 2007-ci ilə qaldı

Cəmiyyət Materials 26 Dekabr 2006 18:37 (UTC +04:00)

"Təhsil haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirə olunmayacaq. Trend in məlumatına görə, bunu Milli Məclisin dekabrın 26-da keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

Milli Məclis sədrinin sözlərinə görə, qanun layihəsi artıq hazırdır və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər müvafiq orqanlarda müzakirə olunur.

O. Əsədov vurğulayıb ki, qanun layihəsi yaz sessiyasınən gündəliyinə çıxarılmazdan əvvəl ictimaiyyətin geniş müzakirəsinə veriləcək.

Xatırladaq ki, Milli Məclisin dekabrın 26-da keçirilən iclasında deputat Pənah Hüseyn və digərləri "Təhsil haqqında" qanunun indiyə qədər müzakirəyə çıxarılmamasından narazılıq ediblər.

Xəbər lenti

Xəbər lenti